“Barselona” gələn mövsümün hazırlıqlarına başlayıb
La Liqada fırtına kimi əsən “Barselona” gələn mövsümün hazırlıqlarına indidən başlayıb. “Atletiko”dan 9, “Real”dan 15 xal öndə olan Kataloniya klubunun hədəfindəki bir nömrəli isim müəyyənləşib.

David Vilyanın “Arsenal”la danışıqlar aparması və komandadan ayrılmaq ehtimalını göz önündə tutan “Barsa” rəhbərliyi onun əvəzinə Serxio Aqueronu heyətə qatmaq niyyətindədi. İspaniya mediasının məlumatlarına görə, klub rəhbərliyi argentinalı üçün 45 milyon avrodan keçməyə hazırdı.

Xəbər 795 dəfə oxundu.