Foqtsun komandası penaltidən qalib gəldi
Bu gün Azərbaycan milli komandası Dubayda 2-ci yoldaşlıq görüşünə cıxıb. İdman.com.az saytının məlumatına görə, “ay-ulduzlular”ımız Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışı çərçivəsində Lixtenşteyn komandası ilə yoxlama matçı keçirib.

İlk oyunda Özbəkistanla 0:0 heç-heçə edən millimiz, bu dəfə çətinliklə də olsa, qələbə qazanıb. Görüşdə 2 dəfə penalti vurmaq imkanı əldə etmiş yığmamızda Rəşad Sadiqovdan fərqli Vaqif Cavadov şansını fövtə verməyib.


Xəbər 855 dəfə oxundu.