“Sumqayıt” məşqlərini davam etdirir
“Bakı” ilə oyuna hazırlaşan “Sumqayıt” məşqlərini davam etdirir. Komanda Bernhard Raabın rəhbərliyi altında “Bayıl Arena”da növbəti məşqinə çıxıb.

Bir müddət əvvəl məşqdə zədələnən Murad Ağayev hələ də tam heyətlə hazırlaşa bilmir. Yarımmüdafiəçinin “zolaqlılar”la qarşılaşmada iştirakı sual altındadı. A millinin heyətində yer alan Səlahət Ağayev və Pərdis Fərcad-Azad isə komandaya nisbətən gec qoşulacaq.

Xəbər 822 dəfə oxundu.