“Bursaspor” məşqçi axtarışlarını davam etdirir
“Bursaspor” hələ ki, baş məşqçi axtarışlarını davam etdirir. Bursa təmsilçiləri medyada yer alan “Qaziantepspor”un baş məşqçisi Hikmət Karamanla anlaşıldığı xəbərlərini yalanlayıb. Klubun rəsmi saytında bu xəbər təqzib olunub:

“Biz daha öncə də qeyd etmişik ki, hər hansı bir klubla müqaviləsi davam edən baş məşqçi ilə danışıqlar aparmayacayıq. Karamanın müqaviləsi davam edir, ona görə həmin baş məşqçinin “Bursaspor”a gəlməsindən söhbət gedə bilməz”.

Xəbər 855 dəfə oxundu.