“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir
“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Premyer Liqanın XIX turunda eyniadlı rayonun komandasının qonağı olacaq ağdamlılar gündə 2 dəfə məşq etməklə oyuna hazırlaşır.

“Qarabağ” şimallılarla oyuna heç də tam heyətlə çalışa bilmir. 5 futbolçusunu Azərbaycan, 1-ni isə Albaniya millisinə göndərən komanda millilərin xidmətindən 2 gün sonra yararlana biləcək. “Qarabağ”ın məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Xəbər 823 dəfə oxundu.