“Moskva Open 2013” davan edir
Rusiyanın paytaxtı Moskvada yanvarın 31-dən etibarən start götürən şahmat üzrə “Moskva Open 2013” beynəlxalq şahmat festivalı davam edir. Bu turnirdə ölkəmizi ayrı-ayrı qruplarda 15 şahmatçı təmsil edir.

Milli komandamızın üzvü beynəlxalq qrossmeyster Rauf Məmmədov 4 mümkün xaldan 4 xal toplayaraq güclülər qrupunda liderlik edir. Qədir Hüseynov və Vasif Durarbəyli 3 xal toplayıblar.

Qadınların turnirində Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni hələlik Nərmin Kazımova göstərə bilib -4 oyundan 3 xal.

Xəbər 838 dəfə oxundu.