Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1.”Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il № 10, maddə 594, 2006-cı il, № 5, maddə 403) 1-ci bəndi ilə müəyyən edilmiş xüsusi olimpiya təqaüdünün məbləği 50 faiz artırılaraq, həmin bənddə “beş yüz” sözləri “yeddi yüz əlli” sözləri ilə əvəz edilsin.
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2008-ci il.

Xəbər 1109 dəfə oxundu.