Ronaldinyo yerli mətbuata maraqlı müsahibə verib
Bu gün İngiltərə milli komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Braziliya yığma komandasının yarımmüdafiəçisi Ronaldinyo yerli mətbuata maraqlı müsahibə verib. 32 yaşlı futbolçu PSJ-də çıxış etdiyi zaman “Mançester Yunayted” onunla müqavilə imzalamadığı üçün səhv etdiyini bildirib.

O, İngiltərədə top qovmadığı üçün peşman olmadığını və yalnız Messi ilə daha çox oynamaq şansımın olmamasını vurğulayıb:

“Əgər “Mançester Yunayted” məni transfer etmiş olsaydı, onlar daha çox kubok qazanardılar. Dünyada bir çox böyük klublarda forma geydim və bir neçə titullara sahib oldum. İngiltərədə oynamadığım üçün peşmanamı? Xeyr. Tək peşmanlığım Lionel Messi ilə daha çox oynamaq şansımın olmamasıdır”.

Qeyd edək ki, 2010-cu ildə “Milan”dan ayrılaraq Braziliyaya geri dönən Ronaldinyo ilə “Mançester Siti” yaxından maraqlanırdı.

Xəbər 895 dəfə oxundu.