“Rubin” növbəti yoxlama oyununda qüvvəsini sınayıb
Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun yaxın günlərdə müqavilə bağlamağa hazırlaşdığı “Rubin” İspaniyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Tatarıstan klubu Rumıniyanın “ÇFR Kluj” komandası ilə üz-üzə gəlib.

Kazan təmsilçisi rəqibinə 0:1 hesabı ilə məğlub olub. Matçda vurulan yeganə qolu 87-ci dəqiqədə Markano öz qapısından keçirib.

Qeyd edək ki, Abışov bu qarşılaşmada bir neçə gün öncə burnundan əməliyyat olunduğu üçün iştirak etməyib.

Xəbər 857 dəfə oxundu.