Vitali Rəhimov: «İlk dəfə yarış öncəsi həyacan vardı»
«London olimpiadasından sonra xeyli müddət məşqləri buraxmışdım. İstəyirdim yavaş-yavaş karyeramı başa vurum». Bunu «İdman» qəzeti və idman.com.az saytının İstanbula ezam olunmuş əməkdaşına milli komandamızın titullu yunan-Roma güləşçisi Vitali Rəhimov deyib. Həftə sonu Türkiyənin mədəni paytaxtında keçirilmiş FİLA-nın «Qızıl qran-pri» mərhələsində bürünc mükafata sahib çıxan titullu bahadır deyib ki, uğur ona asan başa gəlməyib. Məşqləri xeyli vaxt buraxdığından, onda ilk dəfə yarış qabağı həyacan yaranıb:

«Yeni məşqçilər korpusu məni yığma komandaya çağıranda, dəvəti məmuniyyətlə qəbul etdim. İdmançı karyeramı bitirmək fikrindən də daşındım. Hesab etdim ki, lazımamsa, demək qayıtmalıyam. Yenidən məşqlərə başladım. Xeyli ara buraxdığımdan ilk dəfə özümdə yarış öncəsi həyacan hiss etdim. Yarımfinalda necə uduzduğumu indi də anlaya, qəbul edə bilmirəm. Əvvəllər belə səhvlər etmirdim, axı».

KAMRAN



Xəbər 1363 dəfə oxundu.