Kriştian Ronaldo maraqlı açıqlamalar verib
Çempionlar Liqasının 2 turunda keçmiş komandası “Mançester Yunayted”lə üz-üzə gələcək Kriştian Ronaldo maraqlı açıqlamalar verib. Portuqaliyalı ulduz “Real”ın daha güclü olduğunu bildirib:

“İnanıram ki, ər şey qaydasında gedəcək. Mənə görə “Real” daha yaxşı komandadı. Lakin bunu meydanda göstərməliyik. Çünki, “Mançester Yunayted” də güclü komandadı. Hər zaman işini yaxşı görən, hörmət edilməsi lazım olan bir komandaya qarşı oynayacayıq. Mançesterdəki görüş daha çətin olacaq”.

Xəbər 917 dəfə oxundu.