Məhəmmərovun yeni klubu müəyyənləşib
Cəmşid Məhəmmərovun yeni klubu müəyyənləşib. “Bakı”dan ayrılan futbolçu karyerasını “Kəpəz”də davam etdirəcək.

Qeyd edək ki, Cəmşid 2004-2007-ci illərdə “Karvan”da, 2007-2012-ci illərdə isə “Bakı”da çıxış edib. O, ötən il kapitanı olduğu komandada baş məşqçi Bojidar Bandoviç tərəfindən əvəzedici komandaya göndərlmişdi. Məhərrəmov milli komandamızda 7 oyun keçirib.

Xəbər 985 dəfə oxundu.