FİFA ofsayd qaydalarına dəyişiklik edəcək
FİFA-nın martın 2-də Şotlandiyanın paytaxtı Edinburqda təşkil ediləcək 127-ci assambleyasının əsas mövzusu ofsayd qaydalarına dəyişiklik edilməsi olacaq.
Bu barədə qurumun rəsmi saytı məlumat verib.

FİFA futbolçunun topun çərçivədən və yaxud qapıçıdan dönərkən ofsaydda olmasını ləğv etmək istəyir. Qərar qəbul edəcəyi təqdirdə artıq zərbə zamanı futbolçunun müdafiəçilərdən öndə olması oyundankənar vəziyyət kimi sayılmayacaq.

Bundan əlavə assambleyada qolun qeydə alınması üçün texnologiyalardan istifadə qaydaları da müzakirə ediləcək.

AzərTAc

Xəbər 851 dəfə oxundu.