İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib
Stiven Jerard İngiltərə yığmasında 2012-ci ilin ən yaxşı futbolçusu seçilib. “Liverpul”un 32 yaşlı kapitanı Beynəlxalq Futbol Assosoisiyasının rəsmi saytında azarkeşlərin səsverməsinə görə seçilib.

Səsvermə təxminən 180 min insan arasında keçirilib və iştirakçıların 40 faizi öz səsini Jerarda verib. O, öz karyerası tarixində artıq ikinci dəfədir ki, bu titula layiq görülür. Futbolçu ilk dəfə 2007-ci ildə layiq görülüb. İkinci yerə “Mançester Yunayted”in hücumçusu Denni Uelbek, üçüncü yerə isə “Çelsi”nin müdafiəçisi Eşli Koul seçilib.

21 yaşlılar arasında ən yaxşı futbolçu isə Jerardla eyni klubda oynayan Cordan Henderson seçilib. Qeyd edək ki, Stiven Jerard 2012-ci ildə milli komandanın tərkibində 100 görüş keçirib.

Xəbər 817 dəfə oxundu.