AZAL növbəti transferini reallaşdırır
Daha öncə Saşa Yunisoğlu və Vladimir Boqdanoviçi heyətinə qatan AZAL növbəti transferini reallaşdırır. Bakı klubu amerikalı Con Uilyamı heyətinə qatır. Son olaraq İsrailin “Aşdod” klubunda çıxış etmiş 27 yaşlı forvard birbaşa müqaviləyə dəvət olub.

Qeyd edək ki, tam adı Con Oluremi Uilyam olan futbolçu 1985-ci ildə ABŞ-ın Kansas ştatında dünyaya gəlib və Nigeriya əsillidi. O, karyerası ərzində ABŞ-ın “Kansas Siti” (2003-2004/2006-2007, 16, oyun 11 qol), “Çikaqo Fire” (2005, 6 oyun, 2 qol), Danimarkanın “Randers” (2008, 3 oyun), Serbiyanın “Çukariçki” (2008, 3 oyun), Slovakiyanın “Jilina” (2009) və Xorvatiyanın “Vinoqradar” (2009-2011, 38 oyun, 3 qol) klublarında çıxış edib.

Uilyam ABŞ yığmalarında da forma geyinib. Belə ki, o, U-14 və U-16 millilərindən sonra U-20-yə çağırılıb və 2005-ci ildə Dünya çempionatının iştirakçısı olub. Futbolçu bu komandanın heyətində keçirdiyi 24 oyunda 10 qol vurub.

Xəbər 998 dəfə oxundu.