“Neftçala” Türkiyəyə gedib
I divizionun daha bir təmsilçisi ölkə xaricinə yollanıb. İlk yarını 2-ci pillədə başa vuran “Neftçala” Türkiyəyə gedib.

Neftçala təmsilçisi Antalyada 10 gün təlim-məşq toplanışında olacaq. Bu müddətdə bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda “Qaradağ” da Türkiyədədi.

Xəbər 907 dəfə oxundu.