Şəmkirdə sərbəst güləş üzrə şəhər birinciliyi
2-3 fevral tarixlərində Şəmkirdə sərbəst güləş üzrə 15-16 yaş yeniyetmələr arasında “Olimpiyaçılar aramızda” seçim xarakterli şəhər birinciliyi keçirilib.

Dinamo idman cəmiyyətində 124 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Şəmkirdə keçiriləcək zona yarışında iştirak etmək üçün şəhərin yığma komandasının tərkibini müəyyənləşdirmək olub.

Sonda Babək Həsənov (42 kq), Nəriman Əhmədov (46 kq), Sərxan Tağıyev (50 kq), Ruzigar Rəsulov (54 kq), Xəzər Rzayev (58 kq), Arzu Namazov (63kq), Orxan Məmmədov (69 kq), Əhliman Quliyev (76 kq), Həsən Həsənov (85 kq) birinci yerlərə layiq görülüblər.

Xəbər 916 dəfə oxundu.