Zərdab rayonunda rayon birinciliyi keçirilib
30-31 yanvar Zərdab rayonunda Gənclər günü münasibətilə 11-12 və 13-14 yaşlı yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib. Zərdab şəhəri Uşaq Gənclər idman məktəbinin idman zalında 64 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi idmanın sərbəst güləş növünü rayonda inkişaf etdirilməsidir.

Sonda Yaqub Muradov (25 kq), Ruslan Quliyev (30 kq), Elgiz Soltanov (30 kq), Coşqun Xaləddinoğlu (50 kq), Cavidan Bəkirli (55 kq), Nurlan Tanrıverdiyev (70 kq) birinci yerlərə layiq görülüblər.

Xəbər 845 dəfə oxundu.