Qax rayonunda rayon birinciliyi
Qax rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd 2 fevral gənclər gününü təntənəli şəkildə qeyd etməkdir.

UGİM-nin güləş zalında keçirilən birincilikdə 10 çəki dərəcəsindən 30 nəfər iştirak edib. Yarışın vəzifələri yeniyetmə gənclər arasında güləşə olan marağın artırılması olub. Ramil Məhərrəmov (38 kq), Cavidan Abdulla (42 kq), Zəkəriyyə Şahmalıyev (46 kq), Əşrəf İbrahimov (50 kq), Famil Haciyev (54 kq), Nurlan Balacayev (58 kq), Tunar Mirzəyev (63 kq), Elzamin Şirinov(69 kq), Nəcməddin Əhmədzadə (85 kq), Elgün Cumayev (100 kq) birinci yerə layiq görülüblər.

Sonda qaliblər diplomlarla təltif olunublar.

Xəbər 5134 dəfə oxundu.