Qobustan rayonunda şahmat turniri
2 Fevral Gənclər günü münasibəti ilə yeniyetmə və gənclər arasında şahmat üzrə turnir keçirilib. Qobustan rayon Mədəniyyət evində 85 nəfərin iştirakı ilə keçirilən turnirin məqsədi, rayonun ən güclü şahmatçılarının müəyyənləşdirilməsi, yeniyetmə gənc şahmatçıların hazırlıq səviyyəsinin yoxlanılması, qaliblərin müəyyənləşdirilməsi, şahmat idman növünün təbliğ olunmasıdır.

Sonda yeniyetmə və gənc şahmatçılar İsveçrə sistemi üzrə yarışaraq qalibləri müəyyənləşdiriblər. 9 turdan ibarət turnirdə yeniyetmələr arasında A.Xudaşlı, S.Quliyev və T.Məmmədov, gənclər arasında isə N.Umudov, D.İbrəhimov və B.Qəribov qalib gələrək mükafatlandırılıblar.

Xəbər 831 dəfə oxundu.