Yevlaxda mini futbol üzrə şəhər birinciliyi
30 fevral yeniyetmələr arasında “Gənclər gününə” həsr olunmuş mini futbol üzrə şəhər birinciliyi keçirilib.

Gənclər və İdman İdarəsinin stadionunda keçirilən şəhər birinciliyinin məqsədi 2005-2015 – ci illər futbolun inkişafına dair dövlət proqramına uyğun olaraq futbolun şəhərdə inkişafı etdirilməsi, təbliğ olunması və kütləviliyinin artırılması, yeniyetmələrin fəal məşğələlərə cəlb olunmasıdır. Yarışda 6 komanda iştirak edib.

UGİM – nin komandası bütün rəqiblərinə qalib gələrək, birinci yerə layiq görülüb. Yarışda ilk yerləri tutmuş komandalar Gənclər və İdman İdarəsinın diplomları ilə təltif olunublar.

Xəbər 965 dəfə oxundu.