İbrahimoviç yenidən sabiq baş məşqçisini tənqid edib
“Barselona”dan Pep Qvardiola ilə aralarındakı problem üzündən ayrılan Zlatan İbrahimoviç yenidən sabiq baş məşqçisini tənqid edib. İbra “Bavariya”ya keçməsi münasibəti ilə təbrik etdiyi Qvardiola barəsində ağır ifadələr işlədib.

“Hazır və uğur qazanmaması imkansız olan bir komandanın başına keçdi, amma yenə də uğurlu olmayacaq”, deyən İbrahimoviç “Bavariya” baş məşqçiliyinin qorxaqlar üçün iş yeri olduğunu bildirib və onu çalışdığı ən pis baş məşçqi adlandırıb.

Xəbər 762 dəfə oxundu.