Binəqədidə boulinq yarışları
Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Atrium” İstirahət və İdman Kompleksində boulinq üzrə rayon birinciliyi keçirilib. Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib və tədbirin yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Mərasimdə çıxış edən RİH aparatı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söhbət açıb.

Sonra yarışa start verilib. Turnirdə 24 komandanın tərkibində 144 yeniyetmə və gənc iştirak edib. Yarışın nəticələrinə görə birinci yeri “Gənclik” komandası tutub. Sonrakı yerləri, müvafiq olaraq, “Mübariz” və “Qələbə” komandaları qazanıblar.

Xəbər 2638 dəfə oxundu.