Emin Əliyev həkim nəzarəti altındadır
Bir müddət öncə məşq proseslərindən birində zədələnən "Kəpəz"in futbolçusu Emin Əliyevin həkim nəzarəti altındadır. Gənc yarımmüdafiəçinin sağ ayağı gipsdədir. Əliyevin topuq oynağında iki yerdə sınıq, həmçinin bağında hissəli qopma var.

"Kəpəz"in həkimi Şıxəli Həsənovun sözlərinə görə, Eminin ayağı iki həftə gipsdə qalacaq. Yalnız bundan sonra reablitasiya mərhələsi başlayacaq. Futbolçunun komandanın sıralarına dönməsi təxminən 1 aya yaxın vaxt aparacaq.

Qeyd edək ki, Əliyev hələ yanvar ayının ortalarında, komanda məşqlərə yeni başlayan zaman bud əzələsi və qasıq nahiyyəsindəki ağrılardan əziyyət çəkirdi.

Xəbər 1149 dəfə oxundu.