XIX turun 5 oyunu canlı yayımlanacaq
Premyer Liqanın XIX turunun 5 oyunu canlı yayımlanacaq. Qarşılaşmaları azarkeşlərə “İdman Azərbaycan” təqdim edəcək.

“İdman Azərbaycan” şənbə günü “Kəpəz” – “Neftçi” (15.00) və “Rəvan” – “Turan” (17.00) oyunlarını canlı efirə verəcək. Bazar günü isə “Bakı” – “Sumqayıt” (13.30) və “Qəbələ” – “Qarabağ” (15.30) qarşılaşmalarını bu kanaldan izləmək mümkün olacaq.

“İdman Azərbaycan” bazar ertəsi baş tutacaq “Xəzər Lənkəran” – “İnter” oyununu da azarkeşlərə təqdim edəcək. Turun yalnız bir oyunu – AZAL – “Simurq” matçı efirə verilməyəcək.

Xəbər 900 dəfə oxundu.