“Neftçi” komandası altıncı yoxlama görüşünə çıxıb
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının futbol komandası hazırlıq prosesi çərçivəsində altıncı yoxlama görüşünə çıxıb.

“Neftçi” budəfəki rəqibi Çin Super Liqasında mübarizə aparan “Hançjou” komandası olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüş 4:4 hesabı ilə başa çatmışdır. Görüşdə “Neftçi”nin heyətində Flavinyo və Araz Abdullayev fərqləniblər.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk matçında Rusiyanın “Rotor” klubunu 1:0 hesabı ilə məğlub edib. Qazaxıstanın “Aktobe” (3:2) və Makedoniyanın “Turnovo” (2:1) klubları ilə oyunlar da uğurlu alınıb. Rusiyanın “Amkar” (0:4), Rumıniyanın “Timisioara” (1:2) klubları ilə duellər isə məğlubiyyətlə başa çatıb.

AzərTAc

Xəbər 943 dəfə oxundu.