Mişel Fransua Platininin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan futbolunun inkişaf etdirilməsində və onun beynəlxalq əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti Mişel Fransua Platini “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2007-ci il.

Xəbər 920 dəfə oxundu.