«Marakana»nın tikintisi son mərhələdə
2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi əfsanəvi «Marakana» stadionunun yenidən qurulması işləri başa çatmaq üzrədir. Tikinti işlərinin son mərhələsində olan stadionun bu ilin ilk ayları ərzində istifadəyə veriləcək.

Qeyd edək ki, hələ olimpiadaya qədər bu möhtəşəm arenada başqa əlamətdar tədbirlər də təşkil olunacaq. İlk yarış 2013-cü ilin futbol milliləri arasında təşkil olunacaq Konfederasiyalar Kubokudur. 2014-cü ildə isə bu arenada Dünya Kubokunun final mərhələsinin ən vacib oyunları keçiriləcək.

Xəbər 2722 dəfə oxundu.