Tovuz rayonunda Gənclər Gününə həsr olunmuş tədbir
Fevralın 1-də Tovuz rayon Olimpiya İdman Kompleksində “2 fevral” Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tovuz rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd, 2012-ci ildə görülmüş işlər barədə hesabat və 2013-cü ildə qarşıda duran vəzifələr olub.

110 nəfərin iştirakı ilə keçirilən tədbirin nəticəsi gənclər tərəfindən qaldırılmış təkliflərin nəzərə alınması və onların həyata keçirilməsi barədə iş aparmaq olub.

Xəbər 862 dəfə oxundu.