Daşkəsən rayonunda tennis üzrə rayon birinciliyi
31 yanvar-1 fevral tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbində “2 fevral-Azərbaycan Gənclər günü”nə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışın məqsədi “2 fevral-Azərbaycan Gənclər günü” nün qeyd olunması, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub.

Ümumilikdə 45 nəfər iştirak edib. Gərgin keçən mübarizədən sonra Elmar Mustafayev birinci yerə, Seymur Qəhramanov ikinciyə, Anar Məmmədəliyev üçüncüyə layiq görülüblər.

Qaliblər Gənclər və İdman idarəsi tərəfindən təltif olunublar.

Xəbər 812 dəfə oxundu.