Qazax rayonunda güləş üzrə rayon birinciliyi
1 fevral Qazax şəhər stadionunun idman zalında 2 Fevral - "Gənclər günü" nə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

74 nəfər güləşçinin iştirakı ilə keçirilən yarışda rayonun uşaq gənclər idman məktəbi və idman cəmiyyətlərinin idmançıları qələbə uğrunda mübarizə aparıb.

Qaliblər idarənin diplomları ilə təltif olunublar.

İsmayıl
SÜLEYMANOV
QAZAX RAYON GƏNCLƏR VƏ İDMAN İDARƏSİNİN MƏSLƏHƏTÇİSİ

Xəbər 828 dəfə oxundu.