Bakı şəhərinin XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Olimpiya oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən möhtəşəm və mühüm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatındakı iştirakı, onu təmsil edən idmançıların Olimpiya oyunlarında göstərdikləri nəticələr respublikanın təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir.
İdman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da güclənməsi, Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği məqsədi ilə Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bu cür mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi ölkənin dünya idman aləmində nüfuzunun artmasına şərait yaradacaqdır.
Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Arif Vəliyev - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Kərəm Həsənov - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri
Səttar Mehbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Cahangir Əsgərov - Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Arif Alışanov - “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
İlqar Rəhimov - Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti
Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Elman Rüstəmov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri
Cahangir Hacıyev - Azərbaycan Respublikası Beynəlxalq Bankının İdarə Heyətinin sədri
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
Firəngiz Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri
Fərid Mansurov - Olimpiya çempionu
Namiq Abdullayev - Olimpiya çempionu
Zemfira Meftəhətdinova - Olimpiya çempionu
İlham Mədətov - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib)

2. Təşkilat Komitəsinə tapşırılsın ki, Bakı şəhərinin 2016-cı il XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə tapşırılsın ki, namizəd şəhərin Olimpiya oyunlarını keçirmək üçün namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq, Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırmaqla, sifariş kitabını hazırlasınlar.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2007-ci il.

Xəbər 1130 dəfə oxundu.