Zlatan İbrahimoviç bağlı maraqlı açıqlamalar
Zlatan İbrahimoviçin meneceri Mino Raiola müştərisi ilə bağlı maraqlı açıqlamalar verib. Menecer İbrahimoviçin bir gün yenidən “Yuventus”da oynaya biləcəyini açıqlayıb.

Raiola deyib ki, 2006-cı ildə Kalkiopoli qalmaqalının ardından “Yuventus”un B Seriyasına düşürülməsindən komandadan gedən isveçli futbolçunun yenidən Turin klubunda oynamaq imkanı var: “İbrahimoviç “Yuventus” dönə bilərmi? İmkansız deyə bir şey yoxdu. Bunun gerçəkləşməsi üçün “Yuventus”un eynən “Milan”ın Balotelli transferində olduğu kimi çocx ciddi addımlar atması vacibdi”.

Qeyd edək ki, İbrahimoviçin PSJ ilə 2015-ci ilədək müqaviləsi var.

Xəbər 797 dəfə oxundu.