Güləşçilərimiz İstanbuldan 3 medalla qayıdırlar
İstanbulda yunar-Roma güləşçiləri arasında Vəhbi Əmrənin xatirəsinə keçirilən FİLA-nın «Qızıl qran-pri» beynəlxalq turniri bu gün başa çatdı.

İdman.com.az saytının məlumatına görə, Əhməd Comərd İdman Salonunda təşkil edilmiş yarışda 10-a dövlətin idmançıları mübarizə apardılar.

Dünən 2 medal qazanan Azərbaycan milli komandası növbəti yarış günündə hesabına daha 1 mükafat əlavə etdi.

74 kq-da rəqabət aparan Niyaməddin İbrahimov 3-cü yer uğrunda mücadilədə fürsəti qaçırmadı. Həlledici görüşdə təmsilçimiz Rusiya əsilli erməni güləşçi Qarik Babayanı üstələdi.

Xatırladaq ki, dünən Rəsul Cunayev qızıl, Vitali Rəhimov (hər ikisi – 66 kq) bürünc medal qazanmışdılar.

Komanda hesabında ilk yeri Türkiyə, 2-ci pilləni Rusiya və 3-cü sıranı Belarus tutdu.

Qeyd edək ki, turnirin qalibi 2000, 2-ci yer sahibi 1000, 3 cü yerləri tutanlar 500 ABŞ dolları qazandılar.

Kamran HACI, İstanbul

Xəbər 849 dəfə oxundu.