“Anji”dən növbəti transfer
“Anji” heyətinə ulduz futbolçuları transfer etməkdə davam edir. Roberto Karlos və Samuel Eto′o kimi məşhur ulduzları komandasına cəlb eləyən Mahaçqala klubu, indi də “Şaxtyor”un hücumçusu Villianla anlaşıb.

Bir müddətdir hər iki komandanın rəhbərləri arasında gedən danışıqlardan sonra nəhayət Donetski təmsilçisi braziliyalı futbolçunu satmağa razılıq verib. “Anji” “sambaçı” üçün “Şaxtyor”a 35 milyon avro verəcək və 4 illik də müqavilə imzalayacaq.

Qeyd edək ki, “Çelsi”nin də maraq dairəsində olan 24 yaşlı futbolçu 2007-ci ildən bu yana “Şaxtyor”da 140 matçda meydana çıxıb və 20 qola imza atıb.

Xəbər 858 dəfə oxundu.