“Kəpəz” “Tərəqqi”ylə qüvvəsini sınayacaq
Məşqlərini Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici heyəti bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq. Komandanın rəqibi Gəncənin aşağı diviziondakı təmsilçisi olan “Tərəqqi” olacaq. Görüş Gəncə şəhər stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq. Matç yerli hakimlər briqadasına tapşırılıb.

Qarşıdakı oyun tərəflər arasında son 7 gündə sayca ikinci yoldaşlıq görüşüdür. Belə ki, bu komandalar ötən həftə üz-üzə gəlmiş və görüşdə hesab açılmamışdı.

Xəbər 831 dəfə oxundu.