Daşkəsən rayonunda şahmat üzrə rayon birinciliyi keçirilib
21-30 yanvar tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində “2 fevral-Azərbaycan Gənclər günü”nə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Yarışın məqsədi “2 fevral-Azərbaycan Gənclər günü”nün qeyd olunması, 16 yaşadək idmançıların Respublika Olimpiadasına hazırlığı, idman dərəcələri normalarının yerinə yetirilməsi və bu idman növünün inkişaf etdirilməsi olub.

Yarışda 30 nəfər iştirak edib. Gərgin keçən mübarizədən sonra birinci yerə Elman Məmmədli, ikinciyə Azər Sadıqov, üçüncüyə Nicat İsmayılov layiq görülüb.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunub.

Xəbər 958 dəfə oxundu.