Azərbaycan yığması almanları darmadağın etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Millimizin rəqibi Almaniyanın “Presseck” klubu olub.

Yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Fəhmin Muradbəyli, Hümbət Cəfərov və Seyran Məmmədov vurub.

Xəbər 838 dəfə oxundu.