Ağır atletika üzrə Azərbaycan birinciliyi başlayıb
Yanvarın 31-də Bakı Milli Aviasiya Akademiyasının İdman Kompleksində ağır atletika üzrə Azərbaycan birinciliyi başlayıb.

Yarışda 1996-1998-ci il təvəllüdlü, həmçinin 1999-cü il və daha kiçik yaşlı idmançılar qüvvəsini sınayırlar.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən birincilikdə Bakı və respublikanın bütün regionlarında fəaliyyət göstərən idman cəmiyyətlərinin və idman klublarının 200-dək yetirməsi iştirak edir.

Fevralın 2-dək davam edəcək yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

AzərTAc

Xəbər 1209 dəfə oxundu.