Afrika Millətlər Kuboku davam edir
Afrika Millətlər Kuboku davam edir. Qitə birinciliyinin 12-ci oyun günündə qrup mərhələsinə yekun vurulub.

Ötən gün D qrupu çərçivəsində son iki oyun baş tutub. Əlcəzair – Kot`D-İvuar oyunu 2:2, Toqo – Tunis matçı 1:1 hesabı ilə başa çatıb.

Bu nəticələrdən sonra Kot`D-İvuar və Toqo pley-off mərhələsinə vəsiqə qazanıb. Bundan əvvəl isə Burkina Faso, Qana, Mali, CAR və Kape Verde növbəti mərhələyə çıxmışdı.

Afrika Millətlər Kuboku
D qrupu
30 yanvar
Əlcəzair – Kot`D-İvuar 2:2
Qollar: Fequli, 64-pen. Sudani, 71 – Droqba. 77, Vilfred, 80.
Toqo – Tunis 1:1
Qollar: Gakpe, 13 – Mouelhi, 30-pen.

1 Kot`D-İvuar 3 2 1 0 7 3 7
2 Toqo 3 1 1 1 4 3 4
3 Tunis 3 1 1 1 2 4 4
4 Əlcəzair 3 0 1 2 2 5 1

Xəbər 940 dəfə oxundu.