Göygöl rayonunda şahmat idman növü üzrə rayon birinciliyi
"2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə rayon orta ümumtəhsil məktəbləri arasında Şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Birinciliyin məqsədi rayon gənclərində şahmat idman növünə marağın artırılması, şahmat idman növü üzrə güclü idmançının aşkar edilməsidir.

25 yanvar Uşaq Kitabxanasının oxu zalında keçirilmiş yarışda 8 komanda mübarizə aparıb. Sonda I yerə S.Vurğun adına şəhər 3 saylı, II yerə İ.Hüseynov adına şəhər 1 saylı, III yerə isə E.Vəliyev adına şəhər 5 saylı orta məktəbin komandası layiq görülüb. Qalib komandalar Göygöl rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olunublar.

Xəbər 893 dəfə oxundu.