Yevlaxda güləş üzrə şəhər birinciliyi
30 yanvar Yevlax şəhər UGİM-nin güləş zalında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib.

Yarışda 100 nəfər yeniyetmə güləşçi iştirak edib. Yarış 15 çəki dərəcəsində keçirilib. Qalib idmançılar Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.

Yarışın məqsədi rayonda sərbəst güləşin inkişaf etdirilməsi, yığma komandanın tərkibinin müəyyən edilməsi, yeniyetmələrin asüdə vaxtlarının səmərəli təşkilidir.

Xəbər 2289 dəfə oxundu.