Xəzər rayonunda şahmat üzrə seans keçirilib
29 yanvar Mərdəkan qəsəbəsi 123 saylı tam orta məktəbin idman bazasında «2 fevral – Azərbaycan gəncləri günü» nə həsr olunmuş şahmat üzrə seans keçirilib.

Xəzər rayon Gənclər və İdman idarəsi təşkilatçılığı ilə keçirilən seansın məqsədi, yeniyetmə və gənclərin Şahmat idman növünə olan marağını daha da artırmaq, istedadlı şahmatçıların aşkar olunması, onların asudə vaxtlarının səmərəli təşkili və bu idman növünün rayonda inkişaf etdirmək, Gənclər gününü rayonda yüksək səviyyədə qeyd etməkdir.

Tədbirdə Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Mərdəkan Bələdiyyəsinin sədr müavini Sabir Dadaşov, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat məktəbinin metodisti İslam Mahmudov, Beynəlxalq usta Nicat Ağayev iştirak ediblər.

20 nəfər yeniyetmə və gəncin iştirakı ilə keçirilən seansda fərqlənən 3 nəfər gənc şahmatçıya Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən Diplom və hədiyyələr təqdim olunub.

Xəbər 1087 dəfə oxundu.