“İnter” baxışa daha bir futbolçu dəvət edib
“İnter” baxışa daha bir futbolçu dəvət edib. Baş məşqçi Kaxaber Tsxdadaze Seneqal əsilli fransalı futbolçu Momar N’Diayeni sınayır. 25 yaşlı hücumçu artıq “İnter”in düşərgəsindədi. O, bu gün Qazaxıstanın “Ordabası” klubu ilə yoxlama oyununda meydana çıxacaq.

Qeyd edək ki, N’Diaye Seneqalın Yeumbeul şəhərində doğulsa da, tarixi vətəni ilə yanaşı, Fransa vətəndaşlığı da daşıyır. Onun son klubu Çinin “Pekin Baksi” komandası olub. Momar 2012-ci ildə bu komandada 14 oyun keçirib və 7 qol vurub. Futbolçu peşəkar karyerasına Fransa “Mets”ində başlayıb. 2001-2005-ci illərdə bu klubun B (35 oyun, 21 qol), 2004-2009-cu illərdə A komandasında (77 oyun, 11 qol) çıxış edib. 2008-2009 mövsümünü “Çateaurouks”da (15 oyun) keçirən N’Diaye sonradan Almaniyanın “Rot Veyss Ahlen” (2010, 6 oyun, 1 qol) və “Frankfurt” (2010-2012, 25 oyun, 5 qol).

25 yaşlı futbolçu Seneqal millisinə də çağırılb. 2005-ci ildə – 18 yaşında milli komandada debüt edən N’Diaye sonradan yığma məşqçilərinin diqqətini özünə cəlb edə bilməyib.

Xəbər 745 dəfə oxundu.