“Kəpəz” üzvləri yenidən bir araya gəliblər
Yanvarın 27-də “Neftçala” klubu ilə yoxlama oyunundan sonra istirahətə buraxılan “Kəpəz” üzvləri yenidən bir araya gəliblər.

Komandaya iki gün dincəlmək imkanı yaradan baş məşqçi Mahmud Qurbanov yetirmələrini “Dalğa Arena”da başına toplayıb. “Kəpəz” bu gündən Bakıda təlim-məşq toplanışının növbəti mərhələsinə başlayıb.

Xəbər 853 dəfə oxundu.