Afrika Millətlər Kuboku davam edir
Afrika Millətlər Kuboku davam edir. Qitə birinciliyinin 11-ci oyun günündə C qrupu çərçivəsində son iki oyun baş tutub.

Burkina Faso Zambiya millisi ilə sülh bağlayıb – 0:0. Nigeriya isə Efiopiyanı 2:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Burkina Faso və Nigeriya pley-off mərhələsinə vəsiqə qazanıb. Bundan əvvəl Qana, Mali, CAR və Kape Verde növbəti mərhələyə çıxmışdı. Afrika Millətlər Kubokunun ötən ilki qalibi Zambiya isə qrupda qalıb.

Qeyd edək ki, 12-ci oyun günündə D qrupu çərçivəsində Əlcəzair – Kot`D-İvuarı və Toqo – Tunis oyunları keçiriləcək.

Afrika Millətlər Kuboku
B qrupu

29 yanvar

Burkina Faso – Zambiya 0:0
Efiopiya – Nigeriya 0:2
Qollar: Moses, 80-pen; 90-pen.

1 Burkina Faso 3 1 2 0 5 1 5
2 Nigeriya 3 1 2 0 4 2 5
3 Zambiya 3 0 3 0 2 2 3
4 Efiopiya 3 0 1 2 1 7 1

Xəbər 1051 dəfə oxundu.