Azərbaycan yığması Türkiyə klubunu udub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Millimizin rəqib “Muradpaşa Bələdiyyəspor” klubunun U-17 komandası olub.

Oyun yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə təmsilçisinin qapısından 2 topu Roman Hüseynov keçirib. 1 dəfə isə Şahban Cəbrayılov fərqlənib.

Xəbər 784 dəfə oxundu.