Neftçalada rayon birinciliyi keçirilib
14-25 yanvar 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş voleybol idman növü üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib. Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın məqsədi 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, məktəbli şagirdlər arasında voleybol idman növünün kütləviliyini artırmaq, ən güclü məktəbin voleybol komandasını müəyyən etmək, yeniyetmələr arasında voleybol komandasını komplektləşdirmək üçün perspektivli idmançıları aşkar etmək olub.

Nəticədə Qırmızıkənd kənd orta məktəb, Neftçala rayon 1 saylı orta məktəb, Xıllı qəsəbə 1 saylı orta məktəbləri müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri bölüşüblər.

Xəbər 1009 dəfə oxundu.