“Gənclər günü” münasibətilə Cüdo üzrə rayon birinciliyi
26 yanvar 2013-cü il tarixdə şəhər stadionunda 2 fevral “Gənclər günü” münasibəti ilə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında Cüdo üzrə rayon birinciliyi keçirilib. Siyəzən rayon Gənclər və İdman idarəsini təşkilatçılığı ilə baş tutan yarışda 8 çəki dərəcəsində birincilik uğrunda 60 cüdoçu mübarizə aparıb.Yavuz Əliyevin baş hakimliyi ilə keçirilən yarışlara əsasən Siyəzən “Neftçi” İSM və Sumqayıt komandalarının idmançıları qatılıb. Cüdo idman növünə marağın artırılması və inkişaf etdirilməsi, perspektivli idmançıların üzə çıxarılması, onların zona və respublika səviyyəli yarışlara hazırlanması və gənclərin asudə vaxtlarının təmin edilməsi məqsədi daşıyan birincilikdə Ceyhun Müslümov (24 kq), Fərid Niftəliyev (27 kq), Nihad Adıgözəli (30 kq), Kamran Qasımov (34 kq), Nəbi Bayramov (39 kq), Əliş Yusifov (42 kq), Nicat İsmayılov (46 kq) və Orxan Şamıyev (50 kq) çəki dərəcələrində I yeri qazanaraq yarışın qalibləri olublar. Sonda I yeri tutmuş idmançılar rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə mükafatlandırılıblar.

Xəbər 1164 dəfə oxundu.