Qaradağ rayonda voleybol üzrə rayon birinciliyi
Yanvarın 14-18-də Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəblilərin XXV Spartakiadasının qızlardan ibarət komandaları arasında 106 və 319 saylı tam orta məktəblərin idman zallarında voleybol üzrə rayon birinciliyi keçirilib. Oğlanlardan ibarət voleybol üzrə komandalar isə yanvarın 21-25-də iştirak ediblər.

Yarışda 18 komandadan 216 nəfər iştirak edib. Qızlar arasında birinci 106 saylı, ikinci 288 saylı, üçüncü yerə 319 saylı orta məktəb, oğlanlardan birinciyə 180 saylı, ikinciyə 319 saylı, üçüncü yerə 288 saylı layiq görülüb.

Xəbər 1047 dəfə oxundu.